Azərbaycana göndərilməsinə qadağa qoyulan mallar
• odlu silah və onun döyüş sursatları, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika,
• radioaktiv maddələr,
• narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat,
• əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materillar,
• narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin< hazırlanması texnologiyasına aid materillar,
• pulların və poçt nişanlarının buraxılması üçün avadanlıqlar,
• insan orqanları və ya toxumaları,
• canlı heyvanlar,
• tezalışan maddələr,
• zəhərli və toksikoloji maddələr,
• bioloji və infeksion maddələr,
• civə, kimyəvi reaktivlər və turşular,
• insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar,
• tez xarab olan qida məhsulları,
• öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər,
• sikkələr, banknotlar və ya yol çekləri.
Azərbaycandan göndərilməsinə qadağa qoyulan mallar
• odlu silah və onun döyüş sursatları, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika,
• radioaktiv maddələr,
• narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat,
• əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materillar,
• narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materillar,
• xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat,
• Azərbaycan Respublikası Müdafiə Nazirliyi,Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin operativ istintaq fəaliyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri,
• dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr,
• xammal şəklində olan qiymətli metallar və qiymətli daşlar,
• Azərbaycan Respublikasının Qırmızı Kitabına düşmüş nadir bitkilər, maral və cüyür buynuzları,
• qiymətli ağac növləri (qoz, şabalıd, cökə, palıd, fıstıq, dəmir ağacı),
• müvəqqəti sərgi, qastrol səfərləri, bərpa işləri, prezentasiya, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi halları istisna olmaqla Azərbaycan Respublikasının milli mədəniyyət əmlakı, Dövlət Siyahısına daxil olan milli mədəniyyət əmlakı olan obyektlər,
• pulların və poçt nişanlarının buraxılması üçün avadanlıqlar,
• insan orqanları və ya toxumaları,
• canlı heyvanlar,
• tezalışan maddələr,
• zəhərli və toksikoloji maddələr,
• bioloji və infeksion maddələr,
• civə, kimyəvi reaktivlər və turşular,
• insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar,
• tez xarab olan qida məhsulları,
• öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər,
• sikkələr, banknotlar və ya yol çekləri,
• dövlət kəmiyyət vahidləri etalonları,
• Dövlət Arxiv Fondunun sənədləri,
• üzərində dövlət gerbi həkk olunmuş sənədin əsli,
• alkoqollu içkilər,
• tütün məmulatları,
• maye,
• parfümeriya,
• çərəz,
• qurudulmuş bitki növləri.